Siyasət

Qazaxıstan səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi – VİDEO

Sharing is caring!


Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel xalqımızı Qarabağda keçirilən antiterror tədbirlərinin uğurla başa çatması münasibəti ilə təbrik edib.

Oxu.Az-ın məlumatına görə, diplomat təbrikini Azərbaycan dilində səsləndirib.

“Öncə mən Azərbaycan xalqını öz suverenliyini tam olaraq bərpa etməsi münasibəti ilə təbrik edirəm. Bir neçə gün öncə Qazaxıstan hökuməti də Azərbaycan xalqına dəstəyini ifadə edən bəyanat yaymışdı. Fürsətdən istifadə edib bir daha bu barədə xatırladıram. Azərbaycanlılar bizim qardaşlarımızdır. Azərbaycan və Qazaxıstan hər zaman bir-birlərinin yanında olmalıdır və əminəm ki, olacaqlar da”, – deyə Bayel bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir