Siyasət

ABŞ-nin BMT-dəki nümayəndəsi: “Qarabağda hərbi əməliyyatların dayandırılması inkişafa səbəb olacaq”

Sharing is caring!


ABŞ Qarabağda baş verənlərdən narahatdır və biz bu fəaliyyətlərin dayandırılmasına çağırış edirik.

Bu barədə BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələrdə ABŞ nümayəndəsi Linda Tomas Qrinfild bildirib.

O bildirib ki, hərbi əməliyyatların dayandırılması müsbət haldır və inkişafa səbəb olacaq.

“ABŞ humanitar təşkilatlara müraciət edərək yardımların çatdırılmasını təşviq edib. Bu həftə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Qarabağdakı erməni əhəliyə yardımlar çatdırıldı. Həqiqətən bu çox önəmli hadisə idi”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu böhranın yeganə yolu zorakılığa son qoymaqdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir