Siyasət

Britaniyanın Lordlar palatasında azərbaycanlı məcburi köçkünlərin yaşadıqları çətinliklər diqqətə çatdırılıb

Sharing is caring!


Sentyabrın 21-də Britaniyanın Lordlar palatasının ermənipərəst üzvlərinin təşəbbüsü ilə Azərbaycanın Qarabağ bölgəsində son vəziyyətlə əlaqədar müzakirə keçirilib.

Bu barədə “Report”a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib.

İslamofob mövqeyi ilə tanınan Karolin Koks və digərləri tərəfindən Azərbaycana qarşı əsassız iddialar səsləndirilib, Azərbaycan və Ermənistan arasındakı münaqişəni dini zəmində təqdim etməyə çalışıblar.

Bu əsassız iddialara cavab olaraq Lord David Hovel məsələnin birtərəfli olmadığını qeyd edərək, 1990-cı illərdə doğma torpaqlarından sürgün edilmiş azərbaycanlı məcburi köçkünlərin yaşadıqları çətinlikləri diqqətə çatdırıb. O, Azərbaycan və Britaniyanın strateji tərəfdaşlar olduğunu qeyd edib, Azərbaycanın regionun geopolitik xəritəsində vacib rol oynadığını bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir