Siyasət

“Yevlax görüşü bölgədə sülh və əmin-amanlıq, birgəyaşayış üçün yeni səhifə açacaq” – ŞƏRH

Sharing is caring!


“44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan 24 saatlıq lokal anti-terror tədbirindən sonra Qarabağda suveren hüquqlarını tam formalaşdırır. Bu artıq yeni mərhələ, yeni çağırışlardır”. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, bu prosesin yeni mərhələsi start götürür: 

“Yevlaxda konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması dinc həyata münbit zəmin yaradır. Bu artıq Qarabağ üçün tarixi günün başlanması sayıla bilər və reinteqrasiyanın başlanğıcıdır. Bölgədə sülh və əmin-amanlıq üçün yeni səhifə açılır, bu isə yalnız Qarabağ üçün deyil, bütövlükdə Qafqaz üçün sülh və sabitlik gətirəcək”. 

Aydın Hüseynovun sözlərinə görə erməni nümayəndələri ilə başlayan dialoq onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcəyinə dərin inam yaradır: 

“Onların Azərbaycan cəmiyyətinin bərabəhüquqlu üzvü kimi bütün zəruri iqtisadi və sosial hüquqlarla təmin olunması, rifahı üçün imkanlar açılır. Artıq müzakirələrdə bu istiqamətdə ilkin siqnallar özünü büruzə verib. Ermənilər sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər və eyni zamanda, qida məhsulları olmaqla, humanitar yardımın göstərilməsini xahiş ediblər. Azərbaycan bunu müsbət qarşılayaraq yaxın günlərdə bu zəruri təminatları çatdıracaq. Öz vətəndaşları olan ermənilərin yaşadığı ərazilərdəki problemlərin həlli, o cümlədən bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Bu da qarşılıqlı birgəyaşayışa doğru ilk addımlardır”.

A.Hüseynov onu da bildirib ki, Azərbaycan yeni mərhələyə qədəm qoyur və bu mərhələ ölkəmizin geo-siyasi mövqeyini daha da gücləndirməklə yanaşı, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün yeni imkanlar yaradacaq:

“Anlaşma işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərini, o cümlədən məskunlaşma prosesini sürətləndirməklə yanaşı, Qarabağın inkişafına da əsas yaradacaq. Öz növbəsində Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına da dərin inam yaradır”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir