Siyasət

Elçin Əmirbəyov: “Ordumuz Ermənistanın qoşunlarını ərazimizdən çıxarmaq öhdəliyini özü yerinə yetirdi”

Sharing is caring!


“Şanlı Azərbaycan ordusu Ermənistanın qoşunlarını torpaqlarımızadan çıxarmaq öhdəliyini özü yerinə yetirdi”.

Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov İngiltərənin BBC World News telekanalının canlı efirində bildirib.

O vurğulayıb ki, Azərbaycanın suveren ərazisindəki qanunsuz erməni hərbi kontingentinin buraxılması və tərksilah edilməsi ilə bağlı əvvəllər əldə edilmiş razılıq Ermənistan və Azərbaycan arasında sülh prosesinin daha da irəliləyişinə mühüm təkan olacaq.

Onun sözlərinə görə, Yevlaxda keçiriləcək bugünkü görüş Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycanın hüquqi müstəvisinə dinc yolla reinteqrasiyasının başlanğıcıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir