Siyasət

Cevdet Yılmaz: “Qarabağın hər guşəsində Azərbaycan bayrağı dalğalanacaq”

Sharing is caring!


“Qafqazda terrordan azad mühit hamının xeyrinədir”.

Bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İzmirdə keçirilən “İş dünyası ilə məşvərət toplantısı”nda Qarabağda antiterror tədbirinin dayandırılması qərarı ilə bağlı açıqlama verərkən deyib.

“Biz Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyirik. Azərbaycan torpağı olan Qarabağın hər guşəsində Azərbaycan bayrağı dalğalanacaq”, – deyə Cevdet Yılmaz qeyd edib.

Onun sözlərinə görə, Qafqazda terrordan azad bir mühit hamının xeyrinədir. “Bu, regiondakı bütün ölkələrin və xalqların xeyrinədir. Qeyri-sabit mühit bölgədənkənar güclərə xidmət edir. Ümid edirəm ki, regionda yaşayan bütün dövlətlər sülhü təmin edəcəklər”, – deyə Cevdet Yılmaz vurğulayıb.

Mənbə: “Yeniakit”, “Hürriyet”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir