Siyasət

“BMT qətnamələrinin yerinə yetirilməməsi itkin azərbaycanlıların taleyində əsas rol oynayıb”

Sharing is caring!


“BMT-nin məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməməsində əsas rol oynayıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Kommisiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində 62 ailənin 2-dən 7-dək üzvü itkin düşüb və bu günə qədər də onların taleyi barədə hələ də məlumat yoxdur: “Bu isə insanlıq adına utancdır. Vətən müharibəsində Azərbaycanın böyük qələbəsi itkin ailələrində ümidlər doğursa da, mina problemi axtarış işlərinin ləngiməsinə gətirib çıxarıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir