Siyasət

Əli Nağıyev: “İtkin düşmüş 13 nəfərin şəxsiyyəti DTX-nin laboratoriyasında eyniləşdirilib”

Sharing is caring!


“Şəxsiyyəti müəyyən edilmiş 25 nəfərdən 13-ü Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin tərkibində yaradılmış genetik laboratoriyada eyniləşdirilib”.

“Report”un xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Xidmət rəisi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığı və ayrılmış vəsait hesabına Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin tərkibində genetik laboratoriya yaradılması və ən müasir avadanlıqlarla təmin edilməsi ölkə rəhbərinin bu sahəyə böyük önəm verdiyini bir daha təsdiqləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir