Siyasət

BQXK-nın avtomobilləri Ağdam-Xankəndi yolundadır

Sharing is caring!


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam-Xankəndi yolundadır.

Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus bir yük, iki minik maşınındakı yüklər Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə aparılacaq.

Daha sonra isə avtomobillərin içərisindəki yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, sentyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Bildirilib ki, yaxın zamanlarda BQXK tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir