Siyasət

Macarıstan XİN başçısı: “Türk dövlətləri Şərqlə Qərb arasında körpü olmaq üçün imkan yaradır”

Sharing is caring!


“Rusiya-Ukrayna müharibəsi nəticəsində əvvəlki marşrutlar pozulduğundan Macarıstan indi neft və qaz tədarükü üçün yeni marşrutlar axtarmağa məcburdur”.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

XİN başçısının sözlərinə görə, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq sayəsində bu sahədə ciddi imkanlar açılır.

“Buna görə də bizim yeni əlaqələrə, yeni təchizat marşrutlarına ehtiyacımız var və türk dövlətləri Şərqlə Qərb arasında körpü olmaq üçün çox yaxşı imkan təqdim edirlər”, – diplomat vurğulayıb.

Xarici işlər naziri onu da qeyd edib ki, Macarıstan Türkiyə ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, yeni ilin əvvəlində Macarıstan Türkiyədən 275 milyon kubmetr qaz alacaq.

Qeyd edək ki, bu il Macarıstan Azərbaycandan 100 milyon kubmetr qaz alıb. Diplomat qeyd edib ki, ölkəsinin Türkmənistan və Qətərdən də qaz almaq planları var.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir