Siyasət

İranın stəkanda fırtınası: Üçüncü Qarabağ müharibəsinin başlayacağı ajiotajını kim yaradıb? – VİDEO

Sharing is caring!


Azərbaycan-Ermənistan şərti sərhədində son gərginlik kontekstində İranın Azərbaycandakı səfiri Abbas Musəvinin “X” platformasındakı bir paylaşımı geniş diqqət çəkib.

Səfir öz səhifəsində paylaşdığı şəkilə izah olaraq “stəkanda fırtına” mənasını verən ingiliscə bir ifadə yazıb.

Bu paylaşım istər İran, istərsə də Azərbaycan mediasında çoxsaylı və müxtəlif şərhlərə səbəb olub.

Hətta bədnam “Səhər” telekanalı bununla bağlı ayrıca süjet yayaraq, səfirin paylaşımının guya İranla Azərbaycan arasında müharibənin an məsələsi olduğu fikrini aşılayan hansısa bədxah qüvvələrə ünvanlanmış mesaj xarakteri daşıdığını və Azərbaycan-İran əlaqələrinin normal olduğunu çatdırmaq istədiyini vurğulayıb.

Əslində, bu yozum səfirin həqiqi niyyətini gizlətməyə xidmət edir, mesaj xarakterli deyil, atmaca səciyyəli bu paylaşımın ünvanının Azərbaycan olduğunu ört-basdır etmək niyyəti güdür. Təsadüfi deyil ki, İranın nüfuzlu “xəbər-onlayn” saytı bu paylaşımın Qarabağda növbəti müharibə olacağı ilə bağlı narahatlıq və ehtimalların əsassızlığına işarə etdiyini yazıb.

Üçüncü Qarabağ müharibəsinin tezliklə başlayacağı, İranın da proseslərə hərbi müdaxilə etməyə hazırlaşdığı ilə bağlı ajiotajı kim yaradıb?

“Azad İran” “YouTube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir