Siyasət

Mənzil alan Vətən müharibəsi qazisi: “Uzun müddətdir ki, kirayədə yaşayırdım”

Sharing is caring!


“Uzun müddətdir ki, kirayə mənzildə yaşayırdım. Əhalinin həssas kateqoriyasından olan vətəndaşları hər zaman diqqətdə saxladığı üçün Prezident İlham Əliyevə minnətdaram”.

Bu fikirləri “Report”a Vətən müharibəsi qazisi gizir Hikmət Quliyev deyib.

O qeyd edib ki, bu gün mənzil alan vətəndaşlar sırasındadır və buna görə çox sevinclidir.

Murov və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edən Vətən müharibəsi qazisi Prezident İlham Əliyevin sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verib. İlin sonunadək isə əhalinin həssas kateqoriyasından olan şəxslərə ümumilikdə 1 500 mənzil təqdim olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir