Siyasət

Şimali Kipr XİN: “Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı mübarizəmizə güc qatacaq”

Sharing is caring!


Şimali Kipr Türk Respublikasının (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatını şərh edib.

“Dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin nazirlərinin ikinci iclasının iştirakçıları ilə görüşündə söylədiyi sözlərdən böyük qürur hissi keçiririk. Köklü bir türk çinarının budaqları olan ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uzun bir yol qət edəcəyik. Bu bəyanat mübarizəmizə daha da güc qatacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə ədalətli mübarizəmizə verdikləri dəstəyə görə sonsuz təşəkkürümüzü bildiririk. Türk Dövlətləri Təşkilatının dəstəyi ilə daha da güclənəcəyik. ŞKTC-nin tanınması istiqamətində bizə dəstək olan hər kəsə təşəkkür edirik. Bir millət, üç dövlət olaraq böyük uğurlar qazanacağımıza tam inanırıq”, – deyə nazir bəyan edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir