Siyasət

Separatçıların növbəti təxribatının qarşısı alınıb

Sharing is caring!


Bu gün Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazidə yerli quldurların növbəti təxribatının qarşısı alınıb.

“Caliber” xəbər verir ki, saat 14:00 radələrində mülki geyimli 6 silahlı şəxs təcili tibbi yardım maşını ilə Ağdam rayonunun Papravənd kəndi istiqamətində Azərbaycan ordusunun mövqeləri ilə üzbəüz Ermənistan silahlı qüvvələrinin mövqelərinə gəlib.

Onlar maşından düşüb, hərbçilərimizin ünvanına nalayiq ifadələr səsləndirib, daha sonra mövqelərimizi avtomat silahlardan atəşə tutublar. Xoşbəxtlikdən tərəfimizdən ölən və xəsarət alan olmayıb.

Məlumata görə, erməni təxribatının qarşısını almaq üçün tərəfimizdən dərhal lazımi tədbirlər görülüb.

Bildirilir ki, Rusiya sülhmərmalıları artıq hadisədən xəbərdardırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir