Siyasət

SOCAR İrpendəki humanitar liseydə bərpa işlərini başa çatdırıb

Sharing is caring!


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İrpendə görkəmli akademik Zərifə Əliyevanın adını daşıyan liseydə izolyasiya işlərini yekunlaşdırıb. Bununla da binada istilik təchizatı ilə bağlı problemlər həllini tapıb.

Məlumata görə, binanın fasadı bədii rəsmlərlə – ukraynalılar üçün doğma yurdu simvollaşdıran, sevinc və xoşbəxtlik gətirən qırmızı başınağacı ilə bəzədilib.

“Uşaqlar rahat şəraitdə oxumalıdırlar, ona görə də liseydə izolyasiya işlərini aparmaq qərara alınıb. Biz bununla kifayətlənmək fikrində deyilik, zərər çəkmiş obyektlərin bərpasına köməyi davam etdirəcəyik. SOCAR-ın Ukraynaya və ukraynalılara dəstək verməsi həmişə vacibdir və biz bunu etməkdən məmnunuq”, – SOCAR-ın UKrayna şəbəkəsinin direktoru İqor Orlov qeyd edib.

Xatırladaq ki, ötən il “SOCAR Energy Ukraine” Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bu məktəbin təmirinə start verib və yeni tədris ilinin başlanmasına qədər nəzərdə tutulan bütün işlərini yekunlaşdırıb. Binanın dam örtüyü tamamilə yenilənib, sinif otaqları, həmçinin idman zalı və bomba sığınacağı yenilənib, pəncərə çərçivələri dəyişdirilib, yeni istilik radiatorları quraşdırılıb, kosmetik işlər görülüb. Həmçinin elektrik enerjisi ilə bağlı problemin həlli məqsədilə ümumtəhsil məktəbi generatorla təmin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir