Siyasət

İki beynəlxalq media qurumu Ağdama getməkdən imtina edib – ŞƏRH

Sharing is caring!


Xarici media qurumlarının Azərbaycandakı nümayəndələrindən ibarət jurnalistlər Ağdam-Xankəndi yoluna gediblər.

Onlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə humanitar yükün çatdırılması prosesini işıqlandırırlar.

Azərbaycan tərəfindən edilən dəvətlə nüfuzlu media orqanlarının Bakıdakı nümayəndəliklərinin hadisə yerində olması müsbət haldır.

Onlar işlədikləri media qurumlarına düzgün, qərəzsiz informasiyalar təqdim etməklə Azərbaycanın haqq işinə dəstək olacaqlar.

Azərbaycan həmişə öz qapılarını bütün xarici media qurumlarının üzünə açır, ancaq bəziləri hansısa məqsədlərdən dolayı jurnalistika prinsiplərinə əməl etmirlər və erməni təbliğatının ruporuna çevrilirlər.

Bu məsələ bir daha özünü göstərib. Belə ki, “Voice of America” (“Amerikanın səsi”) radiosunun və “France-Presse” (“Frans-Press”) agentliyinin nümayəndələri Ağdama getməyiblər. Halbuki BBC, “Bloomberg” kimi qurumlar öz jurnalistlərini həmin yerə ezam ediblər.

Azərbaycan təklifini xarici mediaya edib, lakin adıçəkilən iki qurum Ağdama nümayəndə ezam etməkdən yayınıb.

Məsələ burasındadır ki, həmin qurumlar redaksiya siyasətlərində Azərbaycanla bağlı məsələləri düzgün işıqlandırmaqdan çəkinirlər. Niyə? Hər halda özləri bir izah verə bilərlər.

Lakin bilinən budur ki, “France-Press” elə Fransa siyasətinin, “Voice of America” isə ABŞ-nin maraqlarının müdafiəçisidir. 

Burası da var ki, bu qurumların mərkəzi redaksiyaları, bəlkə də, erməni təbliğatına yarayan nəsə olsaydı, dərhal oraya jurnalist göndərərdilər. Nə deyək, əskimiz tüstülüdür. Hər halda, görünən dağa bələdçi lazım deyil. 

Fransa özünü didib-dağıdır ki, guya Azərbaycan Qarabağ erməniləri üçün humanitar fəlakət yaradır. Bəs niyə Fransanın KİV-i məsələnin obyektiv, qərəzsiz işıqlandırılmasından boyun qaçırır? Azərbaycanın addımlarını görmək istəmir? Bəlkə, qorxurlar ki, obyektivlik təmin edilsə, erməni lobbisindən pul ala bilməyəcəklər?  

Demirdilər ki, ay elə, ay belə? Buyurun, şans yaranmışdı ki, gəlib məsələni obyektiv işıqlandırsınlar. Bundan imtina edirlərsə, elə öz qərəzlərini göstərmiş olurlar.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir