Siyasət

Prezident İlham Əliyev nazirliyə beş milyon manatdan çox vəsait ayırdı

Sharing is caring!


Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir işləri üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

President.azın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir (havalandırma, soyutma, isitmə, nəmalma və yanğın təhlükəsizliyi sistemləri üzrə avadanlıq alınması və quraşdırılması, habelə dam örtüyünün təmiri) işləri üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5,424 milyon (beş milyon dörd yüz iyirmi dörd min) manat vəsait ayrılıb.

Nazirlər Kabinetinə cari təmir işlərinin başa çatdırılması üçün tələb olunan vəsaitin Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etmək, həmçinin sərəncamdan irəli gələn digər məsələlərin həll tapşırılıb.

Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə həvalə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir