Siyasət

İanələrlə bağlı qanunu pozanlara protokol yazan vəzifəlilərin siyahısı dəyişdirilib

Sharing is caring!


İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi və ianə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və qəbul edilməsinə görə protokol yazan vəzifəli şəxslərin siyahısı dəyişdirilib

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Fərmanda bildirilib.

Belə ki, qeyd edilən inzibati xətalar haqqında işlər üzrə protokolu Azərbaycan Maliyyə Nazirliyi adından – maliyyə naziri, onun müavinləri, maliyyə nazirinin müşavirləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi yazacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir