Siyasət

Bakıdakı Böyük Dəbilqə turniri Heydər Əliyevin 100 illik yubileyinə həsr ediləcək

Sharing is caring!


Sentyabrın 22-24-də Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turniri ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr ediləcək.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, rəsmi olaraq “Heydar Aliyev Baku Grand Slam 2023” adlandırılacaq yarış Milli Gimnastika Arenasında baş tutacaq.

Turnirdə 60-dan çox ölkədən 350-dən artıq idmançının iştirakı gözlənilir. Böyük Dəbilqənin dünyanın 100-dən çox ölkəsinə canlı yayımlanması planlaşdırılır.

Beynəlxalq Cüdo Federasiyasının istisna hallarda icazə verdiyi bu hal ümummilli lider Heydər Əliyevin ölkədə idmanın və cüdonun inkişafına verdiyi əvəzedilməz töhfənin beynəlxalq idman ictimaiyyəti tərəfindən də tanındığını göstərir.

“Biz çox şadıq ki, ölkəmiz yenidən Bakı Böyük Dəbilqə turnirinə ev sahibliyi edəcək. Bu yarışın ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilməsi bizim üçün böyük şərəfdir və tədbirin ən yüksək səviyyədə təşkili üçün Azərbaycan Cüdo Federasiyası olaraq əlimizdən gələni edəcəyik. Bu turnir idmançılara öz bacarıqlarını nümayiş etdirmək, yüksək səviyyədə yarışmaq üçün gözəl imkan yaratmaqla yanaşı, həm də onlara öz azarkeşləri qarşısında bunu etməyə imkan verir və bu da əvəzolunmaz təcrübədir. Dünyanın hər yerindən cüdoçuların ölkəmizə gəlməsini səbirsizliklə gözləyirik”, – deyə Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir