Siyasət

Muxtar Məmmədov: “Qarabağ ermənilərinin etnik təmizləmə ilə üzləşdiyi iddiaları əsassızdır” – FOTO

Sharing is caring!


“Qarabağ ermənilərinin etnik təmizləmə ilə üzləşdiyi iddiaları əsassızdır”.

Bu barədə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “X” sosial şəbəkədəki paylaşımında qeyd edib.

“Qarabağ erməniləri yenidən qurulan Ağdam-Xankəndi avtomobil yolundan istifadədən dəfələrlə imtina ediblər, hətta rəhbərlərinin göstərişi ilə yol betonla bağlanıb. Bundan başqa, rəsmi Bakının tədarüklərin Ağdam-Xankəndi yolundan Azərbaycan deyil, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən daşınması təklifi də rədd edilib. Hətta bununla bağlı dialoqun aparılması təkliflərinə də razılıq verilməyib. Bütün bu təkliflərimizə rəğmən, onlar Qarabağdakı ermənilərin Azərbaycanın əli ilə etnik təmizləmə ilə üzləşdiyini iddia edirlər”, – diplomat yazıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir