Siyasət

“FETÖ, İbadoğlu və Mənsimov üçbucağının xüsusi məqsədləri olub” – RƏY + FOTO

Sharing is caring!


“Anti-Azərbaycan planlarının reallaşdırılmasında FETÖ, Qubad İbadoğlu və Mübariz Mənsimov üçbucağının xüsusi məqsədləri olub”.

Bu fikirləri “Report”a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, FETÖ dövlət içində dövlət yaratmaqla xarici xüsusi xidmət orqanlarının antidövlət maraqlarını icra etmək üçün fəaliyyət göstərən antimilli təşkilatdır:

“Belə ki, uzun illər şəbəkələşmiş bu təşkilat islam dini pərdəsi altında insanların beyinlərini yuyur və özlərinin məkrli niyyətlərini reallaşdırmaq üçün hazır olan insanların şəbəkəsini müxtəlif yollarla genişləndirməyə çalışır. FETÖ-nün məqsədi islam dininin içində yeni cərəyan yaratmaqla dini ideyaları özünün maraqlarına uyğunlaşdırmaqdır”.

“Pensilvaniyada oturan FETÖ-nün rəhbəri ABŞ-dən şəbəkəni idarə etməklə Türkiyədə və Azərbaycanda hakimiyyəti çevrilişlərlə ələ keçirmək üçün planlarını reallaşdırmağa çalışır. Bu şəbəkənin zərərsizləşdirilməsi üçün nə qədər tədbirlər həyata keçirilsə də, dərinə sirayət etmiş köklər hələ də qalmaqdadır”, – o bildirib.

Milli Məclisin üzvü xatırladıb ki, 15 iyun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi etmək istəyən FETÖ üzvləri zərərsizləşdiriliblər:

“Bu əməliyyat zamanı 34 insan dövlət və millət uğrunda şəhid olaraq FETÖ-nün planlarını alt-üst etmişdi. Türkiyədə bu il keçirilən seçkilərdə də uğursuzluğa düçar olan FETÖ fəaliyyətini Azərbaycanda genişləndirmək üçün sosial şəbəkələrdə insanları düşündürən həssas məsələlər ətrafında müzakirələr açaraq dövlətə qarşı narazılıq yaratmağa cəhd edir. Bu anti-Azərbaycan planların reallaşdırılmasında FETÖ, Qubad İbadoğlu və Mübariz Mənsimov üçbucağının xüsusi məqsədləri olub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir