Siyasət

Zəngilan rayon sakini: “Qayıtmamağa haqqımız yoxdur”

Sharing is caring!


“Şükürlər olsun ki, öz doğma yurd-yuvamıza qayıdırıq. Prezidentimizin uzaqgörən siyasəti, ordumuzun rəşadəti nəticəsində torpaqlarımıza geri dönürük”.

“Report” xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndi sakin Ramiz Abdullayev söyləyib.

“Bəzən qayıdıb-qayıtmayacağımı soruşurlar. Mən onda deyirəm ki, bizim qayıtmamağa haqqımız yoxdur. Biz qan tökmüşük, şəhid vermişik, qazilərimiz var. Bu torpaq uğrunda böyük əziyyətlər çəkilib. Bakıda nə qədər yaxşı vəziyyətdə yaşasaq da, bu torpaqlar bizim üçün əziz və doğmadır”.

Xatırladaq ki, avqustun 12-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə – 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir