Siyasət

Ceyhun Bayramov Litvanın ölkəmizdəki səfirini qəbul edib – FOTO

Sharing is caring!


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın ölkəmizdəki səfiri Egidius Navikası səlahiyyət müddətinin başa çatması ilə bağlı qəbul edib.

Bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Vida üçün Ceyhun Bayramovla görüşməkdən məmnunam. Azərbaycanda fəaliyyətimin COVID-19 pandemiyası dövrünə düşməsinə baxmayaraq, bu müddət ərzində Litva və Azərbaycan arasında əlaqələrin inkişafında müsbət tendensiya müşahidə edildiyi üçün xoşbəxtəm”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir