Siyasət

Əmlak Məsələləri Dövlət Xidməti növbəti özəlləşdirmə hərraclarını elan edib

Sharing is caring!


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 15-də, 22-də və 29-da növbəti dəfə özəlləşdirmə hərracları keçirəcək.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 15-də təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisəsi və obyekti, 43 avtomobil çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri, yeraltı dayanacaq və avtomobillər var.

Avqustun 22-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1991-2011-ci illər arasında dəyişir.

Avqustun 29-da təşkil olunacaq hərracda isə 7 səhmdar cəmiyyətin səhm paketinin, 7 kiçik dövlət müəssisəsi və obyektinin, həmçinin 31 nəqliyyat vasitəsinin özəlləşdirilməsi imkanı yaradılacaq. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye sahəsinə aiddir. Bu səhmdar cəmiyyətlərin səhm paketi nizamnamə kapitalının 30%-ni təşkil edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/34VKHN linki vasitəsilə tanış olmaq olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir