Siyasət

Nazirlər Kabineti şəhid övladlarına vergi güzəştləri barədə qərar verib

Sharing is caring!


Nazirlər Kabineti “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” 4 yanvar 2001-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində və ölkənin ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, onların övladlarına da əməkhaqqından tutulan vergi hesablanarkən güzəşt ediləcək. Amma bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin yerli qurumlarının verdiyi, şəhid ailəsi statusunu təsdiq edən vəsiqə təqdim olunmalıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir