Siyasət

İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridir

Sharing is caring!


 
Prezident  İlham  Əliyev  22  iyul  2013-cü il  tarixdə  Şuşada  “Euronews”  televiziya  kanalına  müsahibə vermişdir.  Bu müsahibənin Cənubi  Qafqazın  yeni  tarixinin yazıldığı bir vaxtda Qarabağda – Şuşada  verilməsinin səbəbi   bir  daha erməni  vandalizmini   göstərmək idi.
Gərginliyin və düşmənçiliyin aradan qalxmamasının səbəbləri ilə  bağlı  sualları  cavablandıran Prezident  İlham  Əliyev Ermənistanla münaqişənin  yekun  həllini tapmaq  məqsədilə edilən müəyyən təşəbbüslərdən danışdı. Azərbaycanın  mövqeyinin  ədalətli  olmasını  söylədi. Qeyd etdi ki,  30 illik işğaldan  əziyyət  çəkmiş 1  milyon  insan bu uzun müddət  ərzində  öz  yurd-yuvasından  didərgin  olmuş, lakin  döyüş  meydanında  haqqını  almışdır. 3 mindən  artıq  şəhid  verərək  ədaləti  bərpa  edən  bir  ölkə  yenə  də  sülh  tərəfdarıdır. Bu  sülhün  prinsipial  şərtləri  var: Ermənistan  tərəfdən  konstruktiv  yanaşma  olarsa, ərazi  bütövlüyümüzə  iddialardan  əl  çəkərsə, onda  sülh  variantını  tez  tapmaq olar.
Cənab Prezident vəziyyəti nizamlamağa çalışan beynəlxalq iştirakçılardan   danışarkən, Minsk  Qrupunun  fəaliyyətsizliyini   vurğuladı. Avropa  İttifaqının  fəallığının  təbii  hesab  etdiyini və  münasibətlərin qarşılıqlı  hörmətə, etimada  və  maraqlara  söykəndiyini  bildirdi. Brüssel, Kişinyov və Rusiya tərəfindən  təşkil  olunmuş  görüşlərin  sülh  təşəbbüslərinə  xidmət  etdiyini  və  sülh ilə  nəticələnən  təşəbbüsü  irəli  sürən  tərəfi  dəstəkləyəcəyimizi   söylədi. Rusiya ilə  münasibətlərin  tarazlaşdığını, qonşu  və  tərəfdaş  olmağını,   bir  çox  nəzərəçarpan  layihələrin  olduğunu  bildirdi. 
Cənab Prezident 23  apreldən  etibarən  Qarabağın  2 min  sakininin   Ermənistana  asan şəkildə  gedib- gəldiyini, Qırmızı  Xaç  Komitəsinin  qanunsuz       əməllərini, qacaqmalçılıqla məşğul olmasını və onlara daha konstruktiv olmaları barədə xahiş olunduğunu bildirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Qırmızı Xaç Komitəsinin Xankəndindəki nümayəndəliyi görəsən niyə  Yerevana tabedir?  Axı, elə Ermənistanın Baş Naziri özü belə dəfələrlə söyləyib ki, Qarabağ Azərbaycandır.
Laçın-Xankəndi yolundakı  vəziyyət artıq  dəyişmişdir. Ermənistanla sülh danışıqlarının uğurlu bir nəticə ilə yekunlaşacağına ümidvaram və bunun yaxın aylarda baş verəcəyinə inanıram. Müharibədə qalib gəlmək mənim siyasi həyatımın missiyası idi və müharibə uğurla başa çatdı.
Biz düzgün olanı etdik, biz öz torpağımızda vuruşduq və azad etdik.
Torpaqlarımız, şəhərlərimiz yerlə-yeksan edilmişdi. Bütün bunlara baxmayaraq biz qisas almadıq. Bizim onlara torpaq iddiamız yoxdur. İstəyirik ki, onlar torpaq iddialarından əl çəksinlər.
Qarabağda yaşayan  ermənilər ya bir çox milli azlıqlar kimi Azərbaycanda yaşamalı, ya da çıxıb getməlidir. Biz onlara seçim hüquqi  veririk. Biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə, bizim seperatizmlə  mübarizəmizə fərqli yanaşma sərgilənir. Bizim legitim istəyimiz sual altına alınır. Nə üçün biz seperatizmə dözməliyik?
Biz Ermənistanla sülh istəyirik. Azərbaycan Ermənistan əlaqələri normallaşanda azərbaycanlılar da öz yurd yerlərinə qayıdacaq”.
Azərbaycan xalqı  tarixin bu qara səhifəsinin biryolluq bağlanmasını istəyir. Sadə ermənilər də artıq müharibə istəmir. Onlar da Qarabağın Azərbaycana məxsus olduğunu bilir və bunu qəbul edirlər. Yaxşı olar ki, onlar separatçılara uymasınlar, öz övladlarını ölümə göndərməsinlər. Qarabağ erməniləri Azərbaycanda azərbaycanlılarla həmişə birgə yaşayıb. Cənab Prezidentimiz onların təhlükəsizlinin qorunacağını dəfələrlə bəyan edib. Odur ki, Qarabağ erməniləri öz qondarma liderlərinin arxasınca getməməlidirlər.
Ali Baş Komandanımız cənab İlham Əliyev öz sözünə həmişə əməl edib. Odur ki, onlar başa düşməlidirlər ki, cəmiyyətimizin bir hissəsi olaraq azad, normal həyat yaşayacaqlar.
 
Təyyubə Hüseynova
Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir