Siyasət

Naxçıvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub

Sharing is caring!


Naxçıvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

“Report” xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Pencalı Yaqub oğlu Hüseynov və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Səfər Siyafər oğlu Əhmədov vəzifəsindən azad ediliblər.

Bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı sərəncam imzalayıb.

İcra hakimiyyəti başçısının digər sərəncamı ilə Əhməd Zöhrab oğlu Vəliyev Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir