Siyasət

Faciə şahidi: “Meşəli sakinləri olaraq, həmin faciəni törədənlərin cəzalandırılmasını istəyirik”

Sharing is caring!


“Meşəli sakinləri olaraq, həmin faciəni törədənlərin cəzalandırılmasını istəyirik”.

Bunu “Report”a açıqlamasında Meşəli kənd sakini Dilbər Mehrəliyeva bildirib.

O, Vaqif Xaçatryanın da olduğu 500-dən çox erməni silahlısının Meşəli kəndində törətdiyi vəhşiliyə qarşı beynəlxalq ictimaiyyətin susmamasını istəyib.

“Biz həmin faciədə yaxınlarımızı itirdik. Onların içərisində yaşlılar, körpələr, qadınlar var idi. Qəddar ermənilər heç kimə aman vermirdilər. Terrorçuların başında duranlardan biri də Vaqif Xaçatryan idi. Qoy, dünya birliyi həmin şəxsdən soruşsun ki, orada qətlə yetirilən dinc sakinlərin günahı nə idi, axı, onlar nə etmişdilər?! Bütün Meşəli camaatı Vaqif Xaçatryanın və onun yanındakıların öz layiqli cəzasını almasını istəyir”, – kənd sakini bildirib.

Xatırladaq ki, Meşəli soyqırımı qurbanları bu gün beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır. Beynəlxalq humanitar hüquq da buna qarşıdır.

“Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Sülh, birgəyaşayış başqa cür olmur”, – deyə müraciətdə vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir