Siyasət

“Fransanın erməni canfəşanlığının Azərbaycanın yaratdığı reallığa təsiri olmayacaq” – ŞƏRH

Sharing is caring!


Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi Fransa hökumətinə müraciət edərək “Dağlıq Qarabağa dəstək” verilməsini tələb ediblər. Müraciətdə həmişəki kimi, Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirilib və ermənilərin guya “etnik təmizləməyə” məruz qaldığı iddia olunub.

Məsələ ilə əlaqədar Oxu.Az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu, Fransanın ilk belə addımı deyil:

“Fransa təəssüflər olsun, elə bir mövqedədir ki, o, nə beynəlxalq qanuna, nə beynəlxalq davranış normalarına uyğundur. Sadəcə erməni diasporunun əlində oyuncağa çevrilən dövlətdir. Fransa erməni diasporundan istifadə edərək öz maraqlarını regionda tətbiq etmək istəyir. Bu, gün kimi aydındır.

Nə Fransa Senatının, nə parlamentinin mövqeyi əhəmiyyət kəsb edir. Ona görə ki, Fransa özünü ifşa edir, konkret tərəf tutduğunu göstərir. Onlar beynəlxalq qanuna zidd hərəkət edərək, hansısa müraciət ünvanlaya bilərlər. Ancaq bunların Azərbaycanın yaratdığı reallığa aidiyyəti yoxdur.

Fransa prezidenti açıq şəkildə bəyan edib ki, ermənilərin tərəfindədir. Hətta Emmanuel Makron Ermənistan üçün Ermənistanın özündən daha çox fəaliyyət göstərir, canfəşanlıq edir, vədlər verir. Amma bütün bu addımların tutarlı nəticəsinin olmayacağı hər kəsə məlumdur”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir