Siyasət

Moldova Baş prokuroru vəzifəsini icra edən İon Muntyan Azərbaycanda səfərdə olub – FOTO

Sharing is caring!


Baş prokuror Kamran Əliyevin dəvəti ilə Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq səfər çərçivəsində moldovalı qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, Azərbaycan-Beynəlxalq Prokurorlar Assosiasiyası münasibətlərini özündə əks etdirən ekspozisiyalar onlarda xüsusi təəssürat oyadıb.

Bundan başqa, nümayəndə heyəti İçərişəhəri ziyarət edib. Qonaqlar “İçərişəhər” Muzey Mərkəzinin tərkibində fəaliyyət göstərən Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə yaxından tanış olmuşlar. Qonağa bu tarixi məkanlar haqqında geniş məlumat verilib xatirə şəkilləri çəkilib.

Səfər çərçivəsində nümayəndə heyəti Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov və Ədliyyə naziri Fikrət Məmmədovla görüşlər keçiriblər.

Tədbirlərdə Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko iştirak ediblər.

Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun ölkəmizə işgüzar səfəri başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir