Siyasət

Cevdet Yılmaz: “Can qardaşımız Azərbaycanla əməkdaşlığımızı hər sahədə inkişaf etdirəcəyik” – FOTO

Sharing is caring!


“Can qardaşımız Azərbaycanla əməkdaşlığımızı hər sahədə inkişaf etdirəcəyik”.

Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra “Twitter”dəki hesabında yazıb.

“Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu və onu müşayiət edən nümayəndə heyətini Prezident Kompleksində qəbul etdik.

Can qardaşımız və can dostumuz Azərbaycanla əməkdaşlığımızı bundan sonra da hər sahədə inkişaf etdirəcəyik.

Bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma salamlarımı və sevgilərimi çatdırıram”, – Türkiyənin vitse-prezidenti vurğulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə dövlət başçılarının səyləri nəticəsində bu gün ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd edilib, uğurlu əməkdaşlığın regional inkişafa, stabilliyə və təhlükəsizliyə, o cümlədən bütün türk dünyasına böyük töhfələr verən mühüm faktora çevrildiyi vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz enerji, nəqliyyat, sənaye, investisiya, sahibkarlıq, maliyyə, innovsiyalar, rəqəmsallaşma və digər sahələrdə uğurla əməkdaşlıq edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir