Siyasət

Azərbaycan və Moldova Baş prokurorluqları arasında memorandum imzalanıb – FOTO

Sharing is caring!


Bu gün Bakıda “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Moldova Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Baş prokurorlar ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir