Siyasət

“The Korea Times” qəzetinin icraçı direktoru: “Biz maliyyə resurslarını onlayn mediaya yönəltməliyik”

Sharing is caring!


“Ənənəvi media rəqəmsal dünyaya uyğunlaşmaq üçün strategiyaya malik olmalıdır və biz maliyyə resurslarını onlayn mediaya yönəltməliyik”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “The Korea Times” qəzetinin icraçı direktoru Ço Jae-hyon deyib.

O bildirib ki, media sənayesi bir çox dəyişikliklərə məruz qalıb:

“Mən də burada ənənəvi medianı təmsil edirəm. Bu gün gənclər qəzet oxumur, bu səbəbdən biz ilk növbədə rəqəmsal platformalara uyğunlaşmalıyıq, strategiyamız olmalıdır. Həmçinin düşünürəm ki, onlayn media maliyyə sahəsində də çətinliklərlə üzləşir. Ənənəvi medianın, xüsusilə də qəzetlərin müasir dövrdə “sağ qalması” üçün hər hansı aydın bir həll yoxdur. Amma reallıqları nəzərə alıb çap medasına investisiyanı azalda, bu vəsaiti onlayn mediaya yönəldə bilərik. Əks halda ənənəvi media, xüsusən də çap mediası olaraq gələcəkdə yox ola bilərik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir