Siyasət

Klayv Marşall: “Qlobal Forum medianın üzləşdiyi çağırışları müzakirə etmək üçün əlverişli rol oynadı”

Sharing is caring!


Şuşa Qlobal Forumu medianın üzləşdiyi müasir çağırışları müzakirə etmək üçün əlverişli rol oynadı.

Bunu “Report”a açıqlamasında “PA Media Qrup”un baş icraçı direktoru Klayv Marşall deyib.

O bildirib ki, keçirilən sessiyalarda bir sıra vacib məsələri müzakirə edildi:

“Peşəkar jurnalistlər faktları yoxlamalı və tərəfsiz infomasiya təqdim etməlidirlər. Əlbəttə biz mürəkkəb bir dövrdə, yeni texnologiyaların, sosial medianın həyatımızın əsas hissəsi olduğu bir zamanda yaşayırıq. Bəzən bu imkanlardan feyk nyus yaymaqda istifadə olunur. Ancaq, düşünürəm ki, dəyişikliklərə, yeni imkanlara baxmayaraq ənənəvi, peşəkar jurnalistikanın parlaq gələcəyi var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir