Siyasət

Ahmet Yeşiltepe: “Türk dünyası ölkələrindən daha çox xəbərlər verməliyik”

Sharing is caring!


“Şuşaya gələndə yolda iki fərqli mənzərəylə rastlaşdım. Bir tərəfdən ermənilər tərəfindən törədilən təxribatlar, vandallıqlar, digər tərəfdən isə Azərbaycan tərəfindən yenidən inkişaf etdirilən, tikilən Şuşa şəhəri var”.

Bu barədə “Trend”ə açıqlamasında NTV xarici xəbərlər departamentinin rəhbəri Ahmet Yeşiltepe deyib.

“Ötən gün Prezident İlham Əliyev forum iştirakçıları ilə görüşü zamanı dünyaya bu torpaqların Azərbaycanın olduğunu, bu səbəbdən onlara sahib çıxdığının və yenidən inşa etdiyinin mesajını verdi”, – deyə o əlavə edib.

Azərbaycan və Türkiyə mediasının əməkdaşlığının inkişafından bəhs edən A.Yeşiltepe əsas məsuliyyətin Türkiyə mediasının üzərinə düşdüyünü deyib.

“Türkiyədə Azərbaycan mədəniyyətinə, musiqisinə, aktual mövzularına çox böyük maraq var. Türkiyə mediası bir az bu məsələdə açıq olmalıdır. Türk dünyası ölkələrindən daha çox xəbərlər verməliyik. Əlbəttə, önəmli hadisələrə yer ayrılır. Lakin daha aktual mövzulardan danışılmalıdır. Çünki bunlar da Türkiyə cəmiyyətinin diqqətini çəkir”, – deyə o bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir