Siyasət

Ermənistanın mina terroru ilə bağlı məlumatların əks olunduğu xüsusi Ad-hoc hesabatı hazırlanıb

Sharing is caring!


Ermənistanın Azərbaycanda mina terroru ilə bağlı məlumatların qeyd edildiyi xüsusi Ad-hoc hesabatı hazırlanıb.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

Müvəkkil mina probleminin aradan qaldırılmasının dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biri olduğunu qeyd edərək, minaların və hərbi sursatların partlaması nəticəsində bu günədək 300-dən çox şəxsin həyatını itirdiyini və ya ağır yaralandığını, bu göstəricilərin artmaqda davam etdiyini bildirib.

S.Əliyeva mövcud mina probleminin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdış prosesini ləngitdiyini, bölgədə həyata keçirilən bərpa və quruculuq işlərinə, habelə regionda sülh quruculuğu prosesinə ciddi maneə törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ombudsman həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə cəbhə xəttində, ona yaxın ərazilərdə, eləcə də mülki əhalinin hədəfə alındığı şəhər və rayonlarda faktaraşdırıcı missiyaların həyata keçirildiyini, mina xəritələrinin verilməməsinə görə mina terrorunun davam etməsi barədə məlumatların qeyd edildiyi xüsusi Ad-hoc hesabatının hazırlandığını bildirib.

Müvəkkil hazırlanmış sənədlərin insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara, habelə müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına təqdim olunduğunu qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir