Dünya

İranlı kinorejissor Urmiya gölü ətrafında yaşanan insan fəlakətinə diqqət çəkdi – FOTO

Sharing is caring!


Səhiyyə mütəxəssisləri, ekoloqlar və Güney Azərbaycan Milli Hərəkatı fəalları son illər Urmiya gölünün quruması nəticəsində ekoloji fəlakətin baş verməsi ilə bağlı xəbərdarlıqlar edirlər. Buna rəğmən, İran hökuməti Urmiya gölünü dirçəltmək və fəlakətin qarşısını almaq üçün heç bir tədbir görmür. Əvəzində isə bu ekoloji fəlakətə etiraz edən milli fəallar günü-gündən repressiv hökumətin qurbanına çevrilirlər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Qeyd olunub ki, bir neçə gün öncə tanınmış güneyli kinorejissor Məhəmməd Əlimuradi “Instagram” sosial şəbəkə hesabında “Urmiya gölü ətrafında insan fəlakəti” başlıqlı yazı paylaşaraq, tənəffüs və həzm orqanları xəstəliklərinin fəsadlarına toxunub.

O, gölün ətrafında yerləşən kəndlərin sakinləri və bir neçə nəfərin ölümü ilə nəticələnən fəlakətə diqqət çəkərək medianın buna susmasını tənqid edib.

“Gölə yaxın kəndlərin daha bir sakininin ağciyər problemi ilə bağlı xəstəxanaya yerləşdirilməsi xəbəri məni kədərləndirdi. Sənədli filmlərimdən birində canlandırdığımız iki uşaq anası…”, – deyə o, yazıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir