Siyasət

Azərbaycan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolunu təklif edib

Sharing is caring!


“Azərbaycan tərəfinin Laçın sərhəd buraxılış məntəqəsi yaratması suveren hüququdur”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının ölkəmizə yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşü zamanı deyib.

Vurğulanıb ki, Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıyır. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub.

Azərbaycan tərəfi isə yenə də, erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir