Siyasət

Azərbaycanın baş nazirinin müavini ICCIA rəhbərləri ilə görüşüb

Sharing is caring!


Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının (ICCIA) rəhbərləri ilə görüşüb.

Bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə 17-18 iyul tarixlərində Bakı şəhərində keçirilən ICCIA Direktorlar Şurasının 35-ci iclası ətraflı müzakirə olunub və gələcəkdə ölkəmizin bütün islam dünyası üçün ticarət və investisiya baxımından diqqət mərkəzinə çevrilməsinin vacibliyi xüsusilə qeyd olunub.

Azərbaycanda aparılan iqtisadi, struktur və institusional islahatlar, həmçinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqabətqabiliyyətliyinin artırılması məqsədilə görülən tədbirlər barədə danışılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir