Siyasət

Hikmət Hacıyev Ararat Mirzoyanın yalanını ifşa etdi – FOTO/VİDEO

Sharing is caring!


“Ermənistanın xarici işlər nazirinin rəsmi müstəvidə yalanlar yaydığı zaman faktların yoxlanması və miflərin üzə çıxarılması zəruridir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qarabağ bölgəsində ölən uşaqlarla bağlı bugünkü paylaşımını şərh edərkən yazıb.

H.Hacıyev qeyd edib ki, “yerli polis” valideynlərinin nəzarətsiz qoyduğu iki uşağın avtomobildə ehtiyatsızlıq və yüksək temperaturdan öldüyünü təsdiqləyib.

Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Mirzoyanın açıqlamaları ikiüzlülükdən başqa bir şey deyil. Belə ki, “Laçın” sərhəd-keçid məntəqəsinin təsvir olunan hadisə ilə heç bir əlaqəsi yoxdur.

“Ermənistanın xarici işlər naziri yəqin ki, “Laçın” sərhəd-keçid məntəqəsini xatırlatmaqla Qarabağda ərzaq qıtlığı olduğunu göstərməyə çalışır. Amma Xankəndidəki restoranlardan görüntülər bunun əksini göstərir”, – Hikmət Hacıyev bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir