Siyasət

DSX-də yüksək vəzifəyə TƏYİNAT – FOTO

Sharing is caring!


Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinə yeni rəis təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, polkovnik Əyyub Məmmədov sözügedən idarənin rəisi təyin edilib.

Qeyd edək ki, Əyyub Vəli oğlu Məmmədov 2020-ci ildə Prezidentin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, idarənin əvvəlki rəisi general-mayor Ayaz Hüseynov bir müddət əvvəl vəzifəsindən azad olunaraq, silahlı qüvvələrin ehtiyatına götürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir