Siyasət

Şanxay Əməkdaşlıq Təşkilatı: “Özbəkistanda seçkilər sakit və dinc şəraitdə keçir”

Sharing is caring!


“Özbəkistanda seçkilər sakit və dinc şəraitdə keçir”.

Bunu bu ölkədə keçirilən növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Çjan Minq “Report”un Daşkəndə ezam olunmuş müxbirinə deyib.

Onun sözlərinə görə, təşkilatçılığın belə səviyyədə olması seçkilərin uğurla başa çatacağından xəbər verir.

“Bu, ümumilikdə Özbəkistanın inkişafından xəbər verir”, – baş katib bildirib.

Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.

Ölkədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 7:00) açılıb və 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir