Siyasət

“Türkiyənin ardınca Pakistan Azərbaycandan dünyaya mesaj etdi”

Sharing is caring!

Könül İsmayılova: “Dövlətin və Liderin gücü budur”

“Necə ki, Türkiyə hər zaman Azərbaycanla qardaşlıq münasibətdə olub, eləcə də Pakistanın Azərbaycana sevgi, qardaşlıq münasibəti olub. Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Bu günlərdə Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmiz haqqında fikirlərindən də bu dostluq, qardaşlıq münasibətləri özünü bir daha göstərdi. Türkiyənin ardınca Pakistan Azərbaycandan dünyaya mesaj etdi”.

Bunu iyunun 15-də Azərbaycanda səfərdə olan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin səfərini Versus.Az-a şərh edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova deyib.

Ölkələrimiz arasında münasibətlərin birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulduğunu vurğulayan K.İsmayılova qeyd etdi ki, göründüyü kimi, qardaş ölkənin Azərbaycana mövqeyi hər zaman şəffaf olub:

“Bütün dünya bilir ki, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan ölkədir. Və bunu da bilirlər ki, səbəb məhz Ermənistanın Azərbaycanı işğal etməsi ilə əlaqədardır. Azərbaycanın bir sözü kifayətdir ki, Pakistan Ermənistanla əməkdaşlıq qursun. Bunu cənab Məhəmməd Şahbaz Şərif da öz çıxışında qeyd edib. Baş nazir deyib ki, – “ Pakistan Ermənistanla heç bir əlaqə qurmayan 5 dövlətdən biridir. Cənab Prezident, siz sülh müqaviləsi bağlayandan sonra bizə mesaj versəniz biz o zaman Ermənistanla əlaqə qura bilərik”. Təkcə elə bu fikrin özü Ermənistana da, dünyaya da bir mesajdır. Dövlətin və Liderin gücü budur! Və Türkiyənin ardınca Pakistan Azərbaycandan dünyaya mesaj etdi. Azərbacan təkcə dost deyil, qardaşlaşmağı da bacaran bir ölkədir. Bu ümummilli lider Heydər Əliyevin bir dövlət başçısı olaraq başlanğıcını qoyduğu dəyərdir və bu gün o dəyərlər üzərində dövlət siyasətimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycana dost, qardaş olan dövlətlər yanımızdadır”.

K.İsmayılova vurğuladı ki, hər bir xalq istiyər ki, mənsub olduğu dövləti güclü, onun rəhbərini iradəli və qətiyyətli, dünya səviyyəli lider olsun. Bu baxımdan Azərbaycan xalqının bəxtinin gətirdiyini deyən xanım siyasətçi bildirdi ki, bu gün uşaqdan qocaya hər kəsin rəğbətini qazanan İlham Əliyev prezidentliyi dövründə, ondan əvvəl də öz sözünü demiş siyasi liderdir:

“Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə müraciətlə “ Cənab Prezident, siz sülh müqaviləsi bağlayandan sonra bizə mesaj versəniz biz o zaman Ermənistanla əlaqə qura bilərik”- deməklə Ermənistana mesaj etdi ki, səninlə olan bütün iqtisadi, sosial və digər əməkdaşlıqların qapısı yalnız və yalnız Azərbaycanla sülh müqaviləndən sonra cənab İlham Əliyevin sözü ilə açıq olacaq”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir