Siyasət

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanında iştirak edənlərin sayı açıqlandı – YENİLƏNİB + FOTO

Sharing is caring!


Üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsində qabiliyyət imtahanında iştirak edən namizədlərin sayı açıqlanıb.

Bu barədə Oxu.Az-a “Yüksəliş” müsabiqəsinin İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, əyani mərhələnin qabiliyyət üzrə imtahanında 1 262 namizəd iştirak edib.

12:25

Bu gün üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin imtahanlarına start verilib.

Oxu.Az-ın məlumatına görə, imtahanlar Bakı şəhərində təşkil olunmuş yeddi imtahan mərkəzində keçirilir.

Əyani mərhələnin imtahanında müsabiqənin əvvəlki mərhələlərini uğurla keçmiş 1 325 nəfər iştirak etmək haqqı qazanıb.

Əyani mərhələ ümumilikdə qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları üzrə olmaqla iki imtahandan ibarətdir. Qabiliyyət imtahanı verbal və rəqəmsal məlumatlarla işləmək bacarıqlarının yoxlanılması və abstrakt düşüncə üzrə olmaqla üç test üzrə aparılır. İştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında göstərdikləri ümumi xam balın ən azı 70 faizini, bloklar üzrə ayrı-ayrı topladıqları xam balın isə ən azı 50 faizini təkrar etməlidir.

Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə üçüncü “Yüksəliş” müsabiqəsi başa çatacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə beş mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

09:06

Bu gün “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı olan qabiliyyət üzrə yoxlama imtahanı keçiriləcək.

Oxu.Az xəbər verir ki, imtahan günündə bütün imtahan mərkəzlərində qeydiyyat saat 10:00-da başlanacaq və 10:40-da bitəcək. Qeydiyyat bitdikdən sonra imtahan mərkəzinə daxil olmaq mümkün olmayacaq. İştirakçılar imtahana şəxsiyyət vəsiqəsi və şəxsi kabinetə göndərilən QR kodu elektron variantda və ya çap halında təqdim edərək daxil olmalıdırlar. Qabiliyyət üzrə yoxlama imtahanının müddəti 2 saat 30 dəqiqədir. Qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları üzrə imtahanlarla bağlı daha ətraflı məlumat iştirakçıların şəxsi kabinetinə yerləşdirilən təlimatda izah olunub.

Bu mərhələdə müsabiqə iştirakçılarının verbal təhlil, rəqəmsal təhlil və abstrakt düşüncə bacarıqları təkrar yoxlanılır.

Onlayn mərhələdə keçirilən qabiliyyət üzrə imtahanda topladıqları balın 70 faizini, hər test bloku üzrə isə topladıqları balın ən azı 50 faizini təkrar edən iştirakçılar idarəetmə bacarıqları üzrə imtahanda iştirak hüququ qazanacaqlar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə beş mərhələdən ibarətdir. Dövlət başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir