Siyasət

Erməni həyasızlığının pik nöqtəsi

Sharing is caring!

Könül İsmayılova: “ABŞ zəhmət çəkib sərmayəsini Ermənistanın nəzərdə tutduğu zavoda qoymasın”

Ermənistan ənənəvi olaraq regionun ekologiyası üçün təhdidlər yaratmaqda davam edir. Növbəti təhdid Naxçıvan istiqamətindədir. Belə ki, Ermənistan Naxçıvanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyən kəndində ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Xəbəral.az-a açıqlamasında bildirib ki, bu, həqiqətən də Ermənistanın növbəti ekoloji cinayətidir.

Könül xanım vurğuladı ki, ümumiyyətlə, bu sonuncu hadisəyə qədər Ermənistan Azərbaycana qarşı bir sıra ekoloji terrorlar törədib:

“Ermənistan tərəfdən həyata keçirilən “Metsamor” AES-dəki təhlükəli vəziyyət, Oxçuçayın çirkləndirilməsi, Sərsəng su anbarının qurudulması kimi ekoloji terrorların ardınca Naxçıvanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyən kəndində iri metallurgiya zavodu inşa etmək istəyi həyasızlığın pik nöqtəsidir. Naxçıvan və Sədərək sakinlərinin də söylədikləri kimi, Ermənistan Zavod tikmək istəyirsə, sərhəddən kənarda da tikə bilər”.

K.İsmayılova vurğuladı ki, işğaldan azad edilən Azərbaycan ərazilərinə öz gerçək sakinlərinin qayıdışını, burada sürətlə aparılan quruculuq işlərini həzm edə bilməyən Ermənistan öz absurd təhdidləri ilə “biz müharibəni hər nə yolla olursa-olsun davam etdiririk” demək istəyir:

“Azərbaycan regionda sülhə nail olmaq istədikcə, Ermənistan bunu əngəlləyir. Beynəlxalq səviyyədə guya sülh danışıqlarına hazırmış kimi görsənir, amma erməni xislətindən də qalmır. Amma belə oyunlar artıq keçməz. ABŞ da zəhmət çəkib sərmayəsini Ermənistanın nəzərdə tutduğu zavoda qoymasın. Çünki Azərbaycan tərəf Ermənistanın “Metsamor” AES-də yaratdığı təhlükəli vəziyyət, Oxçuçayın çirkləndirilməsi, Sərsəng su anbarının qurudulması kimi ekoloji terrorun qarşısını aldığı kimi, bunun da qarşısını alacaq”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir