Siyasət

Emin Əmrullayev: “İnanıram ki, Yusuf Təkinlə əməkdaşlığın daha da inkişafına nail olacağıq” – FOTO

Sharing is caring!


Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini təbrik edib.

Nazir bu barədə “Twitter” hesabında yazıb.

“Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini ürəkdən təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, həmkarımla birlikdə ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafına nail olacağıq”, – nazir qeyd edib.

Emin Əmrullayev eyni zamanda türkiyəli sabiq həmkarı Mahmut Özerə də minnətdarlıq edib.

“İki qardaş ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafına davamlı dəstəyini göstərmiş, Türkiyənin milli təhsil naziri vəzifəsində fəaliyyətini başa vuran cənab Mahmut Özerə dərin minnətdarlığımı bildirir, bundan sonrakı işlərində uğurlar arzulayıram”, – Azərbaycanın elm və təhsil naziri qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir