Siyasət

Komitə sədri: “Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər”

Sharing is caring!


Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresində deyib.

O bildirib ki, bu məsələ 2 il əvvəl qəbul edilən “Donor və orqan transplantasiyası haqqında” qanunda əksini tapıb:

“Qanun imkan verir ki, Azərbaycanda ürək əməliyyatları ilə yanaşı ürək transplantasiyası da keçirilsin. Azərbaycanda ürək transplantasiyası həyata keçirə biləcək kifayət qədər mütəxəssislərimiz də var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir