Siyasət

AYİB rəsmisi: “Azərbaycanın investisiya paneli iştirakçıları ən çox cəlb edən tədbirlərdən biri oldu” – FOTO

Sharing is caring!


“AYİB-in Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində keçirilən Azərbaycanın investisiya paneli iştirakçıları ən çox cəlb edən tədbirlərdən biri oldu”.

Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmudova bildirib.

O, sosial şəbəkə səhifəsində bildirib ki, Mikayıl Cabbarovun komandası panel zamanı əsas islahatlar, çağırışlar və unikal imkanlar, bərpa olunan enerji ilə bağlı yeni planlar və dövlət şirkətlərinin kommersiyalaşdırılması haqqında danışıb.

Qeyd edək ki, sözügedən panel bir neçə gün öncə Özbəkistanın Səmərqənd şəhərində baş tutub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir