Siyasət

Əli Əsədov Misir parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Sharing is caring!


Azərbaycanın Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanafi Gibali ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən bildirilib.

Görüşdə Bakıda keçirilən Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında Misirin yüksək səviyyəli nümayəndə heyətinin iştirak etməsindən məmnunluq ifadə edilib.

Azərbaycanla Misir arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi yüksək qiymətləndirilib.

Misir Ərəb Respublikası prezidentinin cari ilin yanvar ayında ölkəmizə baş tutmuş səfəri xatırlanaraq iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolu vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycan-Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir