Siyasət

NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi dialoqu başa çatıb – YENİLƏNİB + FOTO

Sharing is caring!


NATO və Azərbaycan arasında yeni Daimi Nümayəndələrin Müavinləri Komitəsi formatında (Deputy Permanent Representatives Committee – DPRC) enerji təhlükəsizliyi dialoqu yekunlaşıb.

Bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə “Twitter”də yazıb.

“Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanovun iştirakı ilə NATO DPRC və Azərbaycan enerji təhlükəsizliyi dialoqu başa çatıb”, – deyə Hüseynzadə qeyd edib.

Diplomat həmçinin onu da əlavə edib ki, Soltanov NATO-ya üzv dövlətlərin nümayəndələri ilə ölkəmizin NATO müttəfiqlərinin enerji təhlükəsizliyinə verdiyi töhfənin hazırkı vəziyyəti və perspektivləri, yaşıl enerjiyə keçid barədə səmərəli fikir mübadiləsi aparıb.

Xatırladaq ki, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov dialoqda iştirak etmək məqsədilə NATO-nun Baş Qərargahında olub.

17:36

NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi üzrə dialoq başlayıb.

Bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “Twitter”də yazıb.

O qeyd edib ki, dialoq çərçivəsində Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov NATO-nun qərargahındadır, onun bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir